Abşeron Olimpiya İdman Kompleksində keçirilən 17 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi yarışlara dekabrın 20-də yekun vurulub.
Üç gün davam edən yarışlarda paytaxtla yanaşı, 87 klubdan 461 (327 kişi, 134 qadın) cüdoçu qüvvəsini sınayıb. Yarışda iştirak edən "Judo Club 2012" klubunun yetirmələri 1 gümüş və 1 bürünc medal qazanıblar. Gümüş medalı klubun aktivinə Məsumə Məmmədli (-70 kq) yazdırıb. -63 kq çəki dərəcəsində qüvvəsini sınayan Pəri Məmmədli isə üçüncü yerə sahib çıxıb.
Azərbaycan birinciliyinə bu gün komanda yarışları ilə yekun vurulacaq.