“Judo Club 2012”nin yeniyetmə cüdoçusu Ayxan Həsənli Çexiyanın Teplitse şəhərində keçirilən Avropa Kubokunda gümüş medal qazanıb. Bu, -73 kq çəki dərəcəsində qüvvəsini sınayan istedadlı cüdoçumuzun beynəlxalq arenada qazandığı növbəti mühüm uğurdur. Belə ki, A.Həsənli ötən ay Türkiyənin Antalya şəhərində təşkil olunan Avropa Kubokunda da gümüş medala layiq görülmüşdü.
Teplitse sınağında çıxış edən “Judo Club 2012”nin digər üzvü Məhəmməd Ağakişiyev (+90 kq) isə beşinci yerlə kifayətlənib.
Qeyd edək ki, komandamızın heyətində Ayxan Həsənli ilə yanaşı, Nərmin Ağamirzəzadə (-48 kq) və Rəsul Əlizadə (-55 kq) qızıl, Gülşən Hüseynova (-44 kq) ilə Sübhan Axundov (+90 kq) gümüş, Mədinə Hüseynova (-40 kq), Anar Quliyev (-50 kq), Röyal Qayıbov (-60 kq) və Əli Hümbətov (-66 kq) isə bürünc medal qazanıblar.
Azərbaycan milli komandası yarışda 9 (2 qızıl, 3 gümüş və 4 bürünc) qazanaraq 38 ölkə arasında ikinci yeri tutub.