"Judo Club 2012"nin üzvü dünya çempionatında bürünc medal qazandı

0.jpg

 

"Judo Club 2012"nin cüdo bölməsi üzrə baş məşqçisi İmran İmanovun yetirməsi Emin Şirinov sambo üzrə dünya birinciliyində mükafatçılar sırasında yer alıb. 

Oktyabrın ​1-3-də Yunanıstanın Saloniki şəhərində yeniyetmə və gənclər arasında keçirilən yarışda klubun yetirməsi 98 kq çəki dərəcəsində bürünc medala sahib olub. 
Ümumilikdə isə turnirdə iştirak edən Azərbaycan samboçuları yeniyetmələrin yarışını iki bürünc, gənclərin mübarizəsini isə iki gümüş medalla başa vurublar. 

Qeyd edək ki, Emin Şirinov bu yaxınlarda sambo üzrə ölkə kubokunda qızıl medala layiq görülüb.

Oxunma sayı: 6 2026-10-07 11:33:58