"Judo Club 2012" klubunun cüdoçusu Məsumə Məmmədli Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən Türingiya Kubokunda uğur qazanıb.
Martın 21-də keçirilən turnirdə U-18 yaş kateqoriyasında mübarizə aparan cüdoçumuz -70 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb.
Qeyd edək ki, turnirin U-18 yaş kateqoriyasında ümumilikdə 243 cüdoçu mübarizə aparıb. 32-ci dəfə təşkil olunan ənənəvi yarışda qızlardan ibarət Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.