“Judo Club 2012” üzvü Səid Mollayi Portuqaliyanın Odivelaş şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində uğurla çıxış edib. -81 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız turnirin bürünc medalına sahib çıxıb. Tokio Olimpiadasının gümüş mükafatçısı bürünc medal uğrunda görüşdə özbəkistanlı idmançı Nurbek Murtozoyev üzərində qələbə qazanıb.
Yarışa 16 (11 kişi, 5 qadın) idmançı ilə yollanan Azərbaycan komandası turniri 1 gümüş və 4 bürünc medalla başa vurub.
Qeyd edək ki, Qran-Pri turnirində 90 ölkədən 624 (344 kişi, 280 qadın) idmançı qalib adı uğrunda mübarizə aparıb.