Fevralın 22-23-də cüdo üzrə 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyinin fərdi yarışları keçirilib. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 64 klub və idman cəmiyyətini təmsil edən 245 cüdoçu medallar uğrunda mübarizə aparıb. 16 çəki dərəcəsi üzrə keçirilən yarışda “Judo Club 2012”nin də 2 yetirməsi mükafatçılar sırasında yer alıb. Belə ki, klubun üzvlərindən Süleyman Əliyev 73 kq çəki dərəcəsində yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb. Klubun digər yetirməsi İlkin Baxşəliyev (+100 kq) isə fərdi yarışları bürünc medalla başa vurub.