"Judo Club 2012"nin yetirmələri kata yarışlarında mükafatçılar sırasında yer aldılar

7.jpg

Mayın 1-də ilk dəfə cüdo idman növündə kata üzrə 18 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyi keçirilib. 
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə keçirilən yarış zamanı cüdoçular yalnız katanın “Nage no Kata” növündə fəndləri nümayiş etdirirlər.
12 cütlüyün (Tori və Uke) medallar uğrunda mübarizə apardığı yarışda "Judo Club 2012" klubunun idmançıları da mübarizə aparıblar.
Klubun üzvləri yarışı bir gümüş və bir bürünc medalla başa vurublar. 
Gümüş medalı klubun aktivinə Cavanşir Comərdov (Tori) və Fazil Hüseynov (Uke) cütlüyü yazdırıb. 
Ayxan İslamlı (Tori) və İsmayıl Rəhimli (Uke) isə bürünc medala sahib çıxıb. 
Medal qazanan cüdoçular "Judo Club 2012"nin məşqçisi Rafiq Nəcəfovun yetirmələridir. 
Qeyd edək ki, Rafiq Nəcəfov həm də Azərbaycan Cüdo Fedarasiyasının kata komisiyasının ekspertidir. O, həmçinin ölkəmizi ilk dəfə kata üzrə dünya və Avropa çempionatlarında təmsil edib. 

Oxunma sayı: 589 2024-05-02 21:44:51