“Judo Club 2012”nin yetirməsi Bakı birinciliyində bürünc medal qazandı

0.jpg

    

     Yanvarın 12-13-də cüdo üzrə 21 yaşa qədər gənclər arasında Bakı birinciliyi keçirilib. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarışda paytaxtın 30 müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından ümumilikdə 166 idmançı qalib adı uğrunda mübarizə aparıb. Birincilikdə “Judo Club 2012”nin gənc cüdoçuları da qüvvələrini sınayıblar. Klubun idmançıları yarışları bir bürünc medalla başa vurublar. Yeganə medalı komandaya 55 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Məhərrəmli qazandırıb.

 

Oxunma sayı: 415 2023-01-14 22:47:02