Bu gün Mərakeşdə cüdo üzrə gənclər arasında dünya çempionatına start verilib. 81 ölkədən 517 (294 oğlan, 223 qız) idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar. Komandamız çempionatda 11 (9 oğlan, 2 qız) idmançı ilə təmsil olunur. Millimizin heyətində yer alan idmançılar arasında “Judo Club 2012”nin təmsilçisi Murad Fətiyev də var. Klubun istedadlı yetirməsi Mərakeş Krallığında təşkil olunan çempionatda 81 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Gənc cüdoçu mübarizəyə yarışların üçüncü günündə, oktyabrın 18-də başlayacaq. Murad Fətiyevin ilk rəqibi slovakiyalı Aleks Barto olacaq.
Gənc cüdoçuların dünya çempionatına oktyabrın 19-də yekun vurulacaq.