Noyabrın 25-də Bakıda yeniyetmə və gənclər arasında karate (WKF) üzrə respublika birinciliyi keçirilib.
Yarışda paytaxtın tanınmış idman klublarından olan“Judo Club 2012"nin təmsilçiləri də iştirak ediblər. Onlardan üç nəfəri- Fidan Dadaşova (14-15 yaş, -47 kq), Fərid Ağayev (14-15 yaş, -52 kq) və Nuri Əliyev (16-17 yaş, -55 kq) birinciliyin qalibi olaraq qızıl medala layiq görülüb.
Xatırladaq ki, “Judo Club 2012"də beş idman növü - cüdo, karate (WKF), aikido, akrobatika, bədii gimnastika üzrə bölmələr fəaliyyət göstərir. Bölmələrdə hər yaşa və hazırlıq səviyyəsinə uyğun qruplar təşkil edilib.