Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin III Universiadasında cüdo yarışlarına yekun vurulub. Yarışa 9 idmançı ilə yollanan Azərbaycan komandasının hər bir üzvü mükafatçılar sırasında yer alıb. 4 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan millimiz ümumi komandalar sıralamasında 3-cü yeri tutub.
Mükafatçılar sırasında “Judo Club 2012”nin iki idmançısı da yer alıb. Klubun üzvlərindən Qurban Məmmədli (+100 kq) gümüş, Mehdi Cəfərov (-73 kq) isə bürünc medala medala layiq görülüb.