Kodakan mütəxəssisləri “Judo Club 2012”nin qonağı oldular

7.jpg

 

     Bakıda Kodokan mütəxəssislərinin iştirakı ilə seminar keçirilir. 
Sentyabrın 13-də səkkizinci dan sahibləri Hirano Hiroyuki və Mikihiro Mukai klubun baş məşqçisi İmran İmanovun dəvəti ilə "Judo Club 2012”nin qonağı olublar. 
Təcrübəli mütəxəssislər klub iştirakçılarına ne-vaza və taçi-vaza texnikalarının düzgün tətbiqi, onların praktiki nüansları və öyrədilmə metodikası barədə müxtəlif hərəkətlər göstəriblər. Görüş zamanı idmançıların sualları cavablandırılıb və praktiki məşğələlər keçirilib.
Klubun baş məşqçisi İmran İmanov belə görüşlərin əhəmiyyətini vurğulayaraq deyib:
“Təcrübəli mütəxəssislərlə keçirilən belə seminarlar idmançılarımızın təcrübələrinin artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından çox vacibdir. Çalışacağıq ki, gələcəkdə də bu cür tədbirlərin təşkilinə xüsusi önəm verək".
“Judo Club 2012”də keçirilən görüş seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. 
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Oxunma sayı: 126 2025-09-13 23:15:08