Mayın 20-21-də İspaniyanın Malaqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışları keçirilib.
22 ölkədən 309 (209 oğlan, 100 qız) idmançının iştirak etdiyi turnirdə Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Yığmamızın üzvləri 6 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunublar.
Komandamız yarışı bir dəst medalla başa vurub. Malaqada yığmamıza bürünc medalı “Judo Club 2012”nin yetirməsi Süleyman Əliyev qazandırıb. 73 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz üçüncü yer uğrunda həlledici görüşdə digər azərbaycanlı cüdoçu Vüsal Qələndərzadədən güclü olub.
Qeyd edək ki, cüdoçularımız yarışdan sonra mayın 22-24-də Malaqada beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.