Murad Fətiyev Qran-Pridən gümüş medalla qayıdır

0.jpg

 

     Perunun paytaxtı Limada keçirilən cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub.
Yarışların son günündə milli komandamızın heyətində yer alan "Judo Club 2012"nin üzvü Murad Fətiyev mükafatçılar sırasında yer alıb. -90 kq çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız gümüş medala sahib olub. Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Brazilya, Serbiya və İtalya təmsilçilərinə qalib gələrək, finala yüksəlib. Həlledici qarşılaşmada braziliyalı Rafael Maçedoya məğlub olan Murad gümüş medala yiyələnib.
Qeyd edək ki, Azərabycan milli komandası üç gün davam edən Qran-Pri turnirini 2 gümüş və 5 bürünc medalla başa vurub.

Oxunma sayı: 35 2025-10-14 13:17:41