Ölkə çempionatında 5 medal qazanıldı

3.jpg

       Noyabrın 20-21-də Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. 56 klubdan 396 (333 kişi, 63 qadın) cüdoçunun mübarizə apardığı yarışda "Judo Club 2012”nin təmsilçiləri də qüvvələrini sınayıblar.

       Klubun üzvlərindən Murad Fətiyev (81 kq) və Diana Şoranova (63 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Klubun digər təmsilçilərindən Afiq Səfərli (81 kq) və Aidə Baxışova (70 kq) ikinci yerə layiq görülüb. Nurlan Osmanov (66 kq) isə çempionatı bürünc medalla başa vurub. Beləliklə, Azərbaycan çempionatını 2 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vuran "Judo Club 2012” komanda hesabında üçüncü yeri tutub.

       Mükafatçılara medallar, Azərbaycan Cüdo Federasiyasının diplomları, pul mükafatları təqdim olunub. Komanda hesabında üçüncü yeri tutan "Judo Club 2012”nin baş məşqçisi Tərlan Həsənov kubok və diplomla mükafatlandırılıb.

Oxunma sayı: 1144 2018-11-21 15:50:56