Öz seçimimizə sadiq olaq!

0.jpeg

 

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ölkəmizin həyatında çox mühüm tarixi hadisə olacaq. Biz bu seçkilərə qalib xalq, qalib dövlət kimi gedirik. Torpaqlarımız işğaldan azad edilib, Qarabağda dövlətimizin suverenliyi tam təmin olunub. Bizi qələbələrə çatdıran Ulu Öndər Heydər Əliyev yoludur. Son iyirmi ildə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu işıqlı yol ilə addımlayan Azərbaycan çox böyük uğurlar qazanıb.

Mən və mənim kimi milyonlarla vətəndaş ölkəmiz və xalqımız üçün xeyirli-uğurlu olan bu yolun davam etdirilməsinə səs vermişik. 2003-cü ildə belə olub, prezident seçkilərin keçirildiyi sonrakı illərdə də…

2023-cü il fevralın 7-də biz yenidən öz doğru seçimimizi bir daha təsdiq edəcəyik.

Əlbəttə, bu seçim üçün əlimizdə tutarlı əsasımız var: xalqın birliyini və həmrəyliyini təmin edən, dövlətimizi siyasi, iqtisadi, hərbi cəhətdən gücləndirən və 30 ilə yaxın müddətdə Azərbaycanın hər bir vcidanlı, vətənpərvər vətəndaşının qəlbində, həyatında ağır bir yükə çevrilən Qarabağ probleminin həllinə nail olaraq bizə qürur, mənəvi ucalıq hissi, qələbə sevinci qazandıran Liderə səs verəcəyik.

Bizim Liderimiz İlham Heydər oğlu Əliyevdir!

Azərbaycanımızı sevən, onun inkişafı üçün çalışan, xalqımızın daim qələbə ruhu ilə yaşamasını istəyən hər bir seçicini seçkilərdə fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıam!

Azər Əsgərov

Oxunma sayı: 512 2024-01-29 10:05:11