Prezident İlham Əliyev Zelim Kotsoyevə yeni mənzilin orderini təqdim etdi

3.jpg

 

     Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırıb. Bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderləri təqdim edilib. 

Mükafatlandırılanlar arasında Paris 2024 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, "Judo Club 2012"nin üzvü Zelim Kotsoyev də olub.  

Qeyd edək ki, Avropa və dünya çempionu tituluna sahib olan Zelim Kotsoyev Paris-2024 Yay Olimpiya Oyunlarında -100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Oxunma sayı: 89 2024-12-25 10:04:13