Səid Mollayi Olimpiya reytinqində birinci, Zelim Kotsoyev isə ikincidir

5.jpg

     Beynəlxalq Cüdo Federasiyası idmançıların Olimpiya reytinqini açıqlayıb. Reytinqə əsasən hazırda ölkəmizi təmsil edən 12 cüdoçu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandıran mövqedə qərarlaşıb.

Yeni tərtib olunan siyahıda Azərbaycan yığma komandasının və “Judo Club 2012”nin üzvləri də ön sıralarda yer alıblar. Belə ki, klubun titullu cüdoçusu Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu Səid Mollayi (81 kq) reytinqdə birinci pillədədir. Hesabında 2110 xal olan Səid bütün çəki dərəcələri üzrə mütləq liderdir.

“Judo Club 2012”nin digər üzvü dünya və Avropa çempionatının üçqat bürünc mükafatçısı Zelim Kotsoyev (100 kq) isə ikinci sırada qərarlaşıb. Onun hesabında hazırda 1500 reytinq xalı var.

Qeyd edək ki, Olimpiya Oyunlarında ölkələr hər çəkidə yalnız yalnız bir cüdoçu ilə təmsil oluna bilər.

 

 

 

Oxunma sayı: 119 2023-01-16 22:40:34