Təbrik edirəm! Əziz qardaşım, Elnur!

1.jpg


Azərbaycan idmanı naminə fəaliyyətinə verilən növbəti yüksək qiymətə - Azərbaycan Cüdo Federasiyasının 50 illiyi ilə əlaqədar “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülməyin münasibətilə səni təbrik edirəm.

Parlaq idman karyeran dövründə sən tatami üzərində möhtəşəm nəticələrə nail olmusan. Sən Avropa çempionatlarının dəfələrlə qalibi, Dünya kuboku kimi nüfuzlu yarışların, “Böyük dəbilqə” və “World master” turnirlərinin gümüş və bürünc mükafatçısısan. Ancaq sənin idman nailiyyətlərinin zirvəsi, heç şübhəsiz, Pekin Olimpiadasında qızıl medal qazanmaqla, Olimpiya çempionu olmaqla xalqımıza böyük sevinc bəxş edən zəfərindir.

Bütün nailiyyətlərin, layiq görüldüyün yüksək titulların və mükafatların sənin əməksevərliyinin və cüdoya məhəbbətinin məntiqi nəticəsidir. Sözsüz ki, bunlar cüdonun ölkəmizdə populyarlaşmasına böyük təsir göstərib və artıq sənin də öz fəaliyyətini idman xadimi kimi davam etdirməyinə yardımçı olub.

Möhtərəm Prezident İlham Əliyevin bugünkü Sərəncamı Vətənimizin idman ölkəsi kimi imicinin daha da möhkəmlənməsi naminə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsində sənin xidmətlərinə verilən dəyərin ifadəsidir.
 

Hörmətlə,
Azər Əsgərov

 

İstinad: azeraskerov.az 
 

Oxunma sayı: 105 2022-10-04 23:49:31