“Ümid kuboku”nda gümüş medal

0.jpg

       Dekabrın 21-22-də Şağan Olimpiya İdman Kompleksində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş cüdo üzrə “Ümid kuboku” turniri keçirilib. Kiçik yaşlı oğlan və qızlar arasında keçirilən yarışın əsas məqsədi Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmək, cüdo idman növünü təbliğ etmək, yeniyetmələr arasında vətənpərvərlik ruhunu artırmaq və cüdoçuların hazırlıq səviyyəsini yüksəltməkdən ibarət olub. “Əhmədli” idman klubunun təşkilatçılığı ilə keçirilən yarışda 2005-2006 və 2007-2009-cu illər təvəllüdlü idmançılar mübarizə aparıblar. Yarışda “Judo Club 2012”nin yetirməsi Mehdi Cəfərov da qüvvəsini sınayıb. 55 kq çəki dərəcəsində tatami üzərinə çıxan klubun istedadlı yetirməsi yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb.  
Turnirdə ilk üç yeri tutan idmançılar diplom, kubok və medallarla təltif olunublar.

 

Oxunma sayı: 1275 2019-12-22 21:29:02