Ümumdünya Cüdo Gününüz mübarək!

0.jpg

 

Bu gün - 28 oktyabr Dünya Cüdo Günü kimi qeyd olunur. Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşəbbüsü ilə 2011-ci ildən qeyd edilən bu əlamətdar gün cüdonun banisi, yaponiyalı Ciqoro Kanonun doğum gününə təsadüf edir. 

Bu gün dünya idmanında özünəməxsus yer tutan Azərbaycan cüdoçularının da bayramıdır.

Azərbaycan cüdosu beynəlxalq arenada qazandığı nailiyyətlərlə ölkəmizin idman şöhrətini yüksəldir. Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyev kimi Olimpiya çempionlarının uğurları bu ənənənin parlaq nümunələridir. Azərbaycan cüdoçuları bundan başqa Avropa, dünya çempionatları, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Böyük Dəbilqə" və saysız-hesabsız nüfuzlu turnirlərdə qalib və mükafatçılar sırasında yer alıb. Bu il Bakıda keçirilən dünya çempionatında milli komandamızın yeddi medal qazanması da Azərbaycan cüdosunun gücünü bir daha nümayiş etdirib.

Ölkəmizdə 2012-ci ildə fəaliyyətə başlayan

“Judo Club 2012” də Azərbaycan cüdosunun inkişafına, gənc istedadların üzə çıxarılmasına və idmançıların beynəlxalq yarışlara hazırlanmasına töhfə verir. Klubun yetirmələri müxtəlif yerli və beynəlxalq turnirlərdə uğurla çıxış edərək mükafatlar qazanıblar. Klubun fəaliyyəti təcrübəli məşqçilərin rəhbərliyi ilə idmançıların peşəkar inkişafına, sağlam həyat tərzinin və cüdonun mənəvi dəyərlərinin təbliğinə yönəlib.

“Judo Club 2012” olaraq Dünya Cüdo Günü münasibətilə bütün cüdoçuları, məşqçiləri, idman mütəxəssislərini və cüdo ailəsinin üzvlərini təbrik edir, Azərbaycan cüdoçularına yeni qələbələr arzulayırıq!

Oxunma sayı: 6 2026-10-28 12:46:27