Usta cüdoçulardan ibarət yığma komandamız Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında daha iki medal qazanıblar.
Yarışların üçüncü günündə komandamızın üzvlərindən Vüsal Kərimov (M2, -66 kq) və Elçin Məmmədov (M2, -100 kq) bürünc medala sahib çıxıblar.
Bununla da veteran cüdoçularımızdan ibarət komandamızın qitə çempionatında qazandığı medalların sayı 10-a (3 qızıl, 7 bürünc) çatıb.
Qeyd edək ki, iyunun 9-dək davam edəcək yarışda 35 ölkədən 728 (609 kişi, 119 qadın) cüdoçu mübarizə aparır. Veteranlardan ibarət komandamız yarışda 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunur.