Usta cüdoçularımız ikinci yarış gününü beş medalla başa vurdular

1.jpg

 

     Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda usta cüdoçular arasında Avropa çempionatı davam edir. İkinci yarış günündə veteran cüdoçularımız daha beş medal qazanıblar.

Təmsilçilərimizdən Vüqar Babayev (M3, -66 kq) və Emil Hüseynov (M4, -100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Komandamızın digər üzvlərindən Əli Əlibəyli (M4, -73 kq), Azər Fətullayev (M3, -81 kq) və Nizami Məmmədov (M3, -100 kq) bürünc medala sahib çıxıb.

Hazırda komandamızın aktivində 3 qızıl və 5 bürünc medal var.

Xatırladaq ki, yarışın ilk günündə Fərhad Rəcəbli (M8, -90 kq) qızıl, Vahid Azərpur (M8, -66 kq) və Nazim Əliyev (M7, -90 kq) isə bürünc medal qazanmışdı.

Qeyd edək ki, iyunun 9-dək davam edəcək yarışda 35 ölkədən 738 (620 kişi, 118 qadın) cüdoçu mübarizə aparır. Veteranlardan ibarət komandamız yarışda 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunur.

Oxunma sayı: 651 2024-06-07 21:40:16