Usta cüdoçularımız Riqada çempion oldular

5.jpg

 

     Fevralın 24-25-də Latviyanın paytaxtı Riqada usta cüdoçular arasında Avropa Kuboku yarışı keçirilib. 22 ölkədən 78 idmançının iştirak etdiyi yarışda Azərbaycanın usta cüdoçuları da qüvvələri sınayıblar. Kişilər arasında 4 yaş qrupu üzrə 6 cüdoçu ilə təmsil olunan komandamız yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Qızıl medalları komandamıza “Judo Club 2012”nin üzvləri qazandırıblar.

Belə ki, Zaur Bağırov (M4, +100 kq) və İmran İmanov (M1, -100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Azərbaycan komandası bu nəticə ilə Latviya və Ukraynadan sonra üçüncü pillədə qərarlaşıb.

Veteran cüdoçularımız yarış haqda təəssüratlarını bölüşərkən onlara yaradılan şəraitə görə Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərova və klubun direktoru Çingiz Şəfiyevə minnətdarlıqlarını bildiriblər.

Oxunma sayı: 474 2024-02-25 23:05:04