Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

6.jpg

 

Azərbaycanın müasir hərb tarixinə möhtəşəm Zəfər salnaməsi kimi yazılan 44 günlük Vətən müharibəsinin başlamasından artıq altı il ötür. Bəzi tarixlər var ki, onların təqvimdə xüsusi yeri və mənası olur, xalqın yaddaşında əbədi yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Fərmanı ilə 27 sentyabr ölkəmizdə Anım Günü kimi elan edilib.

Bu əlamətdar günlə bağlı respublikamızın hər yerində olduğu kimi, "Azman Holding"in tərkibinə daxil olan müəssisələrdə də xüsusi hazırlıq işləri görülüb. Holdinqə daxil olan şirkət və obyektlərdə bir gün öncədən bayraqlar asılıb. Sentyabrın 27-si saat 12:00-da bütün ölkə üzrə olduğu kimi, holdinqin strukturuna daxil olan müəssisələrin qabağında da bir dəqiqəlik sükut elan olunub.

Bütün kollektiv iş yerlərinin qarşısına toplaşaraq Vətən uğrunda canından keçən qəhrəmanlarımızı dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad ediblər. Anım mərasimlərində "Judo Club 2012", "Siti Servis", "Rahat Həyat", eləcə də holdinqin restoran, tikinti və hotel şəbəkələrinin əməkdaşları fəal iştirak ediblər. 

Vətənimizin bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik.

Oxunma sayı: 13 2026-09-27 12:27:25