Yubileyiniz mübarək, Azər Əsgərov!

0.jpg

 

     Elə insanlar var ki, həyatın axarına qoşulub yaşayırlar; elələri də var ki, həyatın axarını dəyişməyə, onu öz hədəflərinə doğru istiqamətləndirməyə qadirdirlər. Azər Əsgərov məhz belə insanlardandır. O, əsil iş adamdır: təşəbbüskar, məsuliyyətli, başladığı hər bir işə, sözün həqiqi mənasında, can qoymağı bacaran...  

Çoxdandır ki, adı əməksevərlik, məqsədyönlülük, peşəkarlıq rəmzinə çevrilmiş Azər Əsgərovun mayın 29-da yubileyidir. O, həyatda da, idmanda da, biznesdə də böyük hörmət qazanıb. Lakin uğurlarını heç də asanlıqla əldə etməyib. Sınaqlarla da üzləşib, çətinliklərlə də, itkiləri də olub, peşmançılıqları da... İndiki nüfuza və etimada rahat kainetdə, masa arxasında əyləşməklə nail olmayıb. Keçmiş sovet dövlətinin dağıldığı mürəkkəb bir dövrdə, Qazaxıstanda ağır şəraitdə çətin sınaqlara sinə gərmək onun xarakterini möhkəmləndirib. Tale dəfələrlə dözümünü imtahanına çəkib. Ailəsinin rifahı naminə, müvəqqəti olaraq, idmanı buraxmaq, diqqətini biznesə yönəltmək məcburiyyətində qalıb. Amma elə o vaxtdan özü üçün mühüm bir meyar müəyyənləşdirib: öhdəsinə götürdüyü hər bir işi  mükəmməl şəkildə yerinə yetirəcək. Yarımçıq işlər onun prinsiplərinə yaddır. “Baxarıq” sözünü sevmir – bircə sözü var: “edərik!”. Gördüyü bütün işlərdə – istər bina tikintisi olsun, istər holdinqin inkişafı, istər idman klubunun yaradılması və ya hər hansı istehsalatın işə salınması – onun şəxsi yanaşması mütləq hiss olunmalıdır. Bu, təfəkkür genişliyi, etibarlılıq, əsaslılıq və qüsursuz zövqdür.  

60 yaş – ömrün, sadəcə, özəl bir çağı deyil. Bu, ideyaların irimiqyaslı layihələrə çevrilməsi, boş və baxımsız yerlərdə uğurlu müəssisələrin qurulması ilə nəticələnən gərgin zəhmətin sərf edildiyi illəridir. Azər Əsgərov, ilk növbədə, özü-özünə sübut edib ki, məqsədi uğrunda çalışmağa hazır olan insan üçün mümkünsüz heç nə yoxdur. Deyirlər ki, uğur – inam və nikbinliyini itirmədən uğursuzluqlar dəf edərək irəliləmək bacarığıdır. Lakin Azər müəllim üçün artıq bu, bir vərdişdir. Qalib gəlmək, qurub-yaratmaq, insanları birləşdirmək və daim yüksəkdə olmaq  vərdişi...

Arzu edirik ki, Azər müəllimin quruculuq eşqi  və əzmkarlığı hər zaman çoşub-şağlasın, hər yeni uğuru isə ona Azərbaycanda vaxtilə hər şeyin başladığı o ilk böyük uğurunun sevincini bəxş etsin. Qoy sağlamlığı ucaltdığı binaların bünövrəsi kimi möhkəm, həyatı  isə otelləri və restoranları kimi hər zaman  qonaqpərvər olsun!

Yaxşı məlumdur ki, hər bir böyük işin arxasında güclü şəxsiyyət dayanır. Çoxsahəli “Azman Holding”in kollektivi bu videoçarx vasitəsilə Sizi təbrik etmək, Sizə öz hörmət və minnətdarlığını bildirmək istəyir. Sizin ömür yolunuz – məqsədyönlülük, zəhmətkeşlik və əsl peşəkarlıq nümunəsidir.

Kollektivdə Sizin nəzakətli davranışınız, vəzifəsindən asılı olmayaraq hər bir əməkdaşla eyni dərəcədə hörmətlə ünsiyyət qurmaq bacarığınız xüsusilə yüksək qiymətləndirilir. Lakin hamısından çox heyranlıq doğuran Sizin böyük qəlbinizdir. Çətin məqamlarda həmkarlarınıza necə dayaq olduğunuzu, dara düşənlərə necə kömək əli uzatdığınızı biz unutmuruq. Sizin xeyriyyəçilik fəaliyyətinizi, insanlara onların hisslərinə toxunmadan, necə böyük ləyaqət və həssaslıqla yardım etdiyinizi bilir və dəyərləndiririk.

Bizim üçün Siz – eyni zamanda həm tələbkar, qətiyyətli və prinsipial, həm də həssas və qayğıkeş olmağı bacaran bir rəhbər nümunəsisiniz. Məhz buna görə də Siz öz həmfikirlərinizlə birlikdə sadəcə uğurlu bir holdinq deyil, Sizinlə çiyin-çiyinə çalışmağın şərəfli və məsuliyyətli olduğunu yaxşı bilən böyük bir komanda yarada bilmisiniz. 

Ad gününüz mübarək, Azər müəllim!

60 illiyiniz mübarək!

Oxunma sayı: 4 2026-05-29 15:05:49