Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub. Olimpiya ili ərəfəsində təşkil olunan lisenziya yarışında dünyanın 84 ölkəsini təmsil edən 506 (398 kişi, 208 qadın) cüdoçu qalib adı uğrunda mübarizə aparıb. “Gündoğan ölkə”də 14 (13 kişi, 1 qadın) cüdoçu ilə qüvvəsini sınayan komandamız mötəbər yarışı 1 qızıl və 2 bürünc medalla başa vurub. Yığmamızın heyətində mükafat qazanan idmançılar arasında “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev də var. -100 kq çəki dərəcəsində tatami üzərinə çıxan Avropa çempionumuz cüdonun vətənində bürünc medala sahib çıxıb. Cüdoçumuz üçüncü yer uğrunda həlledici görüşdə italiyalı Qennaro Pirelli üzərində qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan komandasının heyətində Hidayət Heydərov (-73 kq) qızıl, Zelim Tçkayev (-81 kq) isə bürünc medal əldə edib.