Usta cüdoçularımızdan Sloveniyada daha üç qızıl medal

8.jpg

 

     Sloveniyanın Podçetrtek şəhərində keçirilən usta cüdoçular arasında Avropa çempionatı davam edir. Yarışların ikinci günündə M3 yaş kateqoriyası üzrə 10, M4 yaş kateqoriyası üzrə isə 5 cüdoçumuz tatami üzərinə çıxıb. Veteranlarımızdan üçü çıxışını uğurla başa vuraraq qızıl medala layiq görülüb. Komandamıza medalları Zülfüqar Hüseynov (M3, -81 kq), Babək Hacıyev (M4, -60) və Vüqar Budaqov (M4, -73 kq) qazandırıblar.

Yığmamızın digər üzvlərindən Ceyhun Hüseynov (M3, -81 kq), Ramil Muradov (M3, -100 kq), Mahir Ağamirzəyev (M4, -90) və Emil Hüseynov (M4, -100 kq) isə 5-ci yeri tutub.

Xatırladaq ki, ilk yarış günündə Fərhad Rəcəbli (M7, -90 kq) qızıl, Qabil Qasımov (M6, +100 kq) isə bürünc medala sahib çıxmışdı.

Qeyd edək ki, Avropa çempionatında 37 ölkədən 658 (563 kişi, 95 qadın) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycanın cüdo veteranları 7 yaş kateqoriyası üzrə 35 idmançı ilə təmsil olunurlar. 

 

Oxunma sayı: 571 2023-06-09 23:28:29